Şarkı sözlüğü şarkı sözleri sitesine hoşgeldiniz, 19 Temmuz 2019


Aygün Bəylər - Tut Ağacım mahnı sözləri

Aygün Bəylər - Tut Ağacım mahnı sözləri
4/5 (80%) - 2 oy

Aygün Bəylər – Tut Ağacım mahnı sözləri

 

Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

 

Tut ağacım, tut ağacım,
Sirrli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?

 

De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün, şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm.

 

İndi sənin budağında
İz qoymaq müşkül olub.
Əl çatmayan arzulartək
Xatirələr dönməz olub.

 

İndi yoxsan yuxularda
Mən gördüyüm röyam kimi.
İndi yoxsan o göylərdə
Əl çatmayan ulduz kimi.

 

Söz: Zəkirə Allahverdiyeva
Mus: Aygün Səmədzadə


Yorumlar

Henüz yorum yapılmamış.

Yorum Yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.