Muğam

aygün bəylər

Aygün Bəylər – Tut Ağacım mahnı sözləri

Aygün Bəylər – Tut Ağacım mahnı sözləri

 

Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

 

Tut ağacım, tut ağacım,
Sirrli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?

 

De, köksünə neçə çarpaz dağ çəkmişəm?
Neçə körpə budağını mən əzmişəm?
Bir gün, şirin xatirələr sorağıyla,
Səni gözləyəcəyimi bilməmişəm.

 

İndi sənin budağında
İz qoymaq müşkül olub.
Əl çatmayan arzulartək
Xatirələr dönməz olub.

 

İndi yoxsan yuxularda
Mən gördüyüm röyam kimi.
İndi yoxsan o göylərdə
Əl çatmayan ulduz kimi.

 

Söz: Zəkirə Allahverdiyeva
Mus: Aygün Səmədzadə

Gülə bilməz, Gülüm, Bahar Sənsiz – Rəşid Behbudov şarkı sözleri

Gülə bilməz, Gülüm, Bahar Sənsiz – Rəşid Behbudov şarkı sözleri

 

Səni qəlbimdə gəzdirib hər an

Eşqimiz bitməsin dedim, hicran

Ala gözlü yarım mənim, kimsə bilmir

Sənin eşqinlə, ay aman, ağladım-güldüm.

 

Gülə bilməz, gülüm, bahar sənsiz

Ürəyim od tutub yanar sənsiz

 

Dönmərəm heç sözümdən, ay canan

Getmə bir an gözümdən, ay canan

Səndən ilham alar mənim könlüm

Səni məndən inan, gözəlim, ayırmaz ölüm

 

Gülə bilməz, gülüm, bahar sənsiz

Ürəyim od tutub yanar sənsiz

Naçar Gedər – Nəbi Xəzri şarkı sözleri

Naçar Gedər – Nəbi Xəzri şarkı sözleri

 

Kim sevməsə öz yurdunu bu dünyadan naçar gedər

Kim sevməsə öz yurdunu bu dünyadan naçar gedər

Nə əldə bir nişan qoyar nə qəlbə nur saçar gedər

Nə əldə bir nişan qoyar nə qəlbə nur saçar gedər

 

Gəzdim göllər, çaylar üstə gül əyri dəstə dəstə

Şair nəbi son nəfəsdə bu torpağı buçar gedər

Yağış yağar bağlar üstə şamamalar tağlar üstə

Yağış yağar bağlar üstə şamamalar tağlar üstə

Duman gələr dağlar üstə yelkənini açar gedər

Duman gələr dağlar üstə yelkənini açar gedər

 

Gəzdim göllər, çaylar üstə gül əyri dəstə dəstə

Şair nəbi son nəfəsdə bu torpağı buçar gedər

Gəzdim göllər, çaylar üstə gül əyri dəstə dəstə

Şair Nəbi son nəfəsdə bu torpağı buçar gedər